Şrift:
Yerevan polisi nümayişçilərə güc tətbiq etməyə hazırlaşır. Yerevan polisi: "Bu dəfə daha sərt hərəkət edəcəyik"
29.06.2015 [00:02] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan polisi Yerevanın Baqramyan prospektindəki nümayişçilərdən dərhal ərazini boşaltmağı və Azadlıq meydanına keçməyi tələb edib.

"İnterfaks"ın verdiyi məlumata görə, Ermənistan polisi etirazçıları güc tətbiq etməklə hədələyib.

Ermənistan polisinin rəisi Vladimir Qasparyan nümayişçilərə prospekti boşaltmaq üçün 30 dəqiqə verib. Polis nümayişçilərin artıq mikrofonlarını və dinamiklərini alıb.

Prospektə polis qüvvələri və xüsusi texnika cəlb edilib.

Polis Yerevanda nümayişçilərin toplaşdığı Baqramyan prospektinə qüvvə toplamağa başlayıb.

Ermənistan mətbuatının verdiyi məlumata görə, nümayişçilər oturaq piket keçirməyə başlayıblar və prospektdən getmək istəmirlər.

Yerevanda ara hər an qarışa bilər. Polis istənilən an prospekti nümayişçiləri dağıtmağa başlaya bilər. Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib ki, polis bu dəfə daha sərt hərəkət edəcək
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed