Şrift:
Bakı Uşaq Teatrının kollektivi Türkiyə Cümhuriyyətində Ramazan bayramı ilə əlaqədar keçiriləcək festivalda iştirak etmək üçün qastrol səfərinə yola düşüb.
02.07.2015 [14:31] - Xəbərlər, Türk dünyası-Turan, Afişa
Səfər Türkiyənin Mərzifon Şəhər Bələdiyyəsinin dəvəti əsasındadır. İntiqam Soltanın rəhbərliyi ilə aktyorlardan Tofiq İsgəndərli, Rauf Hüseynov, Vüsalə Bəşirova, Şahin Kazımov, Rəfael Muradxanlı, Günay Pirizadə hal hazırda qastrrol səfərindədirlər.
Qeyd edək ki, teatrın direktoru – bədii rəhbəri, yaradıcısı, rejissor, aktyor İntiqam Soltan 3 gün əvvəl baba olub. Nəvəsi Nuhun dünyaya gəlişi münasibətilə Teatr kollektivi Baba İntiqam Soltanı səmimi qəlbdən təbrik edir.
Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed