Şrift:
MDHP-nin “Baku-2015” rekordu
03.07.2015 [13:03] - Gündəm, MDH
Leyla Cahangirova İnstagramda Birinci Avropa Oyunlarının ən aktiv təbliğatçısı olub.


Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidmətindən verilən məlumata görə, Birinci Avropa Oyunları ilə bağlı MDHP də cəmiyyətin bir parçası olaraq bütün imkanlarını səfərbər edərək mümkün dəstəyi verməyə çalışmışdır. Cəhdlərindən biri də “Baku-2015” Birinci Avropa Oyunlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təbliğatı istiqamətində olmuşdur. Bunlardan biri də sosial şəbəkələrdə tədbirin yayılmasına dəstəklə bağlı idi.
Bununla bağlı MDHP üzvləri aktivlik göstərmişlər. Partiya sədrinin müşaviri, Suraxanı rayon, Qaraçuxur Bələdiyyəsinin üzvü Leyla Cahangirova da İnstagram səhifəsində Birinci Avropa Oyunları ilə bağlı #baku2015 həştəngilə paylaşımların rekord qırması üçün çalışmışdır. Bununla da Leyla Cahangirova İnstagram səhifəsində ən yüksək göstəricilərdən birinə imza atmışdır. Qeyd edək ki, bununla bağlı monitorinq keçirilməsə də, müşahidəçilərin rəyinə görə L.Cahangirova ən aktiv paylaşımlayıcıdır.
Eyni zamanda Twitter səhifəsində də lider göstəricilərdən birinə sahib olmuşdur.
Qeyd edək ki, L.Cahangirovanın İnstagram səhifəsinin adı “Jahangirzadehbaku2015”, Twitter səhifəsinin adı isə “Cahangirova90”-dır.
Sözügedən səhifələrin keçid linkləri:
Twitter: https://twitter.com/Cahangirova90
İnstagram: https://instagram.com/jahangirzadehbaku2015/
Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed