Şrift:
Ruhani Amano ilə görüşdə: “İran nüvə hüququ ilə bağlı heç bir ayrı-seçkiliyi qəbəl etməyəcək”
04.07.2015 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani iyulun 2-də Tehrana səfər edən Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoro Yukio Amano ilə görüşərək ölkənin Qərblə Vyanada apardığı nüvə müzakirələrindən və mümkün yekun razılaşmadan danışıb.
Ruhani deyib ki, əgər tərəflər siyasi iradə nümayiş etdirsələr yekun nüvə razılaşmasının əldə olunması mümkündür: “İran nüvə hüququ ilə bağlı heç bir ayrı-seçkiliyi qəbul etməyəcək. Hesab edirik ki, agentlik fövqəldövlətlərin nəzəri ilə bağlı mülahizələri kənara qoyaraq problemin həlli istiqamətində öz layiqli rolunu ifa etməlidir. Güman edirik ki, məsələnin qaranlıq tərəflərinin aradan qaldırılması üçün hər iki tərəfin iradə göstərməsi vacibdir. Məhz belə olan halda İranla agentlik arasında bu günə qədər çözümünü tapmayan qalan məsələlərin həlli qısa bir zamanda mümkündür. İran nüvə hüququ ilə bağlı heç bir ayrı-seçkiliyi qəbul etməyəcək”.

İranın nüvə prbleminin həlli istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin ardınca Yukio Amano iyulun 2-də Tehrana səfər edib. Həmin gün Amano İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və bir sıra keçmiş hərbçilərlə görüşərək danışıqlar aparıb.

Qeyd edək ki, Qərblə İran arasında aparılan danışıqlarda yekun nüvə razılaşmasının əldə olunması üçün təyin edilmiş son tarix iyunun 30-da başa çatsa da, gözlənilən nəticə hasil olmadığına görə müzakirələrin vaxtı iyulun 7-ə qədər uzadılıb.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed