Şrift:
Zakir Həsənov Latviyada bir neçə hərbi obyektdə olub
04.07.2015 [11:38] - Gündəm, Siyasət
Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Latviyaya rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin "Adaji" hərbi bazası, Birgə hücumun idarə edilməsi terminalı, Partlayıcı maddələrin zərəsizləşdirilməsi məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.

Ziyarət zamanı Azərbaycanın müdafiə nazirini Latviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.

Səfər iyulun 4-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 990 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed