Şrift:
Azərbaycan neftinin qiymətləri: 29 iyun - 3 iyul həftəsinin yekunları
04.07.2015 [14:01] - Gündəm, İqtisadiyyat
Ötən həftə (29 iyun - 3 iyul) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 62,942 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,708 dollar/barel azdır.

Ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 63,73, minimum isə 61,29 dollar/barel təşkil edib.

29 iyun - 3 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 59,748 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,496 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 61,62, minimum isə 58,05 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

29 iyun - 3 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 60,634 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,368 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 61,67 dollar, minimum isə 59,11 dollar/barel təşkil edib.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed