Şrift:
Polis Yerevanda etirazçıları dağıtmağa başlayıb
06.07.2015 [14:47] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevan polisi Baqramyan prospektində fəalları saxlamağa və etirazçıları dağıtmağa başlayıb.

RİA Novosti-nin verdiyi məlumata görə, polis etirazçıların sıralarını dağıdaraq müqavimət göstərənləri saxlamağa başlayıb.

Polis digərlərini isə yolun hərəkət hissəsindən sıxışdıraraq prospekt üzrə avtomobillərin hərəkətini bərpa etməyə çalışır.

Onlarla fəal saxlanılıb. Prospektdə təqribən 200 polis əməkdaşının, o cümlədən xüsusi təyinatlıların olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed