Şrift:
Milli-mədəni fəalın evinə hücum
08.07.2015 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, keçən günlərdə azərbaycanlı milli-mədəni fəal, yazıçı Nağı ƏhmədiAzər Müqəddəm təhlükəsizlik qüvvələri tərəfindən tutulub və həbs edilib.
Əldə etdiyimiz məlumata görə, 3-cü gün (çaharşənbə günü) yerli vaxtla saat 8 radələrində təhlükəsizlik qüvvələri ƏhmədiAzəri yaxalamaq üçün onun evinə hücum ediblər. Lakin evə hücum edən məmurlar fəalın kəskin etiraz və müqaviməti ilə üzləşib. Yaranan qarşıdurmada məmurlar fəalı möhkəm döyüblər. Təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində fəalın üz və ayaq nahiyyəsində sümük qırıqlığı əmələ gəldiyi bildirilir.

Bundan sonra fəal müalicə almaq üçün Təbrizdə xəstəxanaya aparılıb. O xəstəxanada 2 gün qaldıqdan sonra Təbriz zindanına aparılıb.

Bildirək ki, Nağı ƏhmədiAzər Müqəddəm 5 illik həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və həbs edilib.

Azərbaycanlı fəal Təbriz inqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən 5 il həbs cəzasına məhkum edilib və 10 il müddətinə Azərbaycan Cümhuriyyətinə səfər etməkdən məhrum olunub.

Hakimin elan etdiyi hökmə əsasən azərbaycanlı fəal “İranda Ermənistanın əleyhinə və Azərbaycan Cümhuriyyətinin lehinə casusluq etmək”də ittiham olunub. Fəal Azərbaycan Cümhuriyyətində bir sıra ədəbi tədbirlərdə iştirak etdiyinə görə belə bir ittihamla üzləşib.

ƏhmədiAzər 2009-cu il aprelin 4-də (1388-ci il fərvərdinin 15-də) yaxalanıb və 46 gün saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından sərbəst buraxılıb.

Azərbaycanlı yazıçının məhkəmə iclası qapalı keçirilib və saxlanıldığı müddətdə vəkil tutmaq haqqında məhrum edilib.

ƏhmədiAzər fəaliyyəti dayandırılmış “Şəms-i Təbriz” həftəlik dərgisinin yazıçılar heyətinin üzvü olub. Azərbaycanlı yazıçınım fars dilində “Türk dili və Azərbaycan tarixi”, “Sultan Məhəmməd və Təbrizin miniatür məktəbi” və “Məşrutiyyət hadisələri” və türk dilində bir neçə kitab yazıb və tərcümə edib.
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed