Şrift:
Yerevanda etirazçılar mərkəzi küçəni bağlayıb
15.07.2015 [09:57] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda elektrik enerjisi tariflərinin artmasına etiraz edən “Talana yox” vətəndaş hərəkatının fəalları Yerevanın iki mərkəzi küçəsinin kəsişməsində oturaq aksiya keçirir.

Ermənistan KIV-inin məlumata görə, etirazçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı tələb edirlər.

“Prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik”, deyə fəallardan biri Maksim Sarkisyan bildirib.
Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları keçirilib.
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed