Şrift:
Azərbaycanda yeni yataqda qızıl hasilatı başlayır
17.07.2015 [12:00] - Gündəm, İqtisadiyyat
Azərbaycanda qızıl hasilatı sahəsində fəaliyyət göstərən “Anglo Asian Mining plc” şirkəti bu ilin avqust ayında yeni “Qədir” yatağında qızıl hasilatına başlayıb.

Bu barədə şirkətin saytında xəbər verilir.

Məlumatda deyilir ki, bu vaxta kimi “Qədir” yatağında 3 min ton filiz hasil olunub. Xam məhsul sonrakı emal üçün yuyulma zavoduna göndərilib. Yataqda əsas işlər isə avqust ayında başlayacaq.

Yeraltı “Qədir” yatağı “Gədəbəy” yatağının 1 kilometrliyində yerləşir.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed