Şrift:
Qərbi Azərbaycanla bağlı tədbir keçirildi ... VİDEO
21.07.2015 [15:54] - Xəbərlər, MDH, Qərbi Azərbaycan-İrəvan
Bugün Beynəlxalq Mətbuat Mərkəzində Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə, ziyalıların, millət vəkillərinin, dövlət adamlarının və ictimaiyyətçilərin iştirakı ilə, ictimai və dövlət xadimi, cərrah Mustafa Topçubaşovun anadan olmasının 120 illiyi ilə bağlı, azərbaycanlıların Qərbi Azərbaycandan dəfələrlə departasiyası, Qərbi azərbaycanlıların yaşadığı faciələr, Beynəlxalq Hüquq çərçivəsində onların haqqları və eyni zamanda M.Topçubaşovun timsalında Qərbi Azərbaycan ziyalılarına həsr edilmiş, “Qərbi Azərbaycan ziyalıları: Topçubaşov – 120” adlı Dəyirmi Masa keçirilmişdir.
Qərbi Azərbaycanla bağlı tədbir keçirildi ... VİDEO

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca Ə.Rzayev tədbirin mahiyyəti barədə qısa məlumat verərək, sözü Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevə verdi. Partiya sədri bu cür tədbirlərin ümumi mahiyyəti və məqsədinin strateji hədəflərindən danışaraq bütövlükdə ictimaiyyəti bu kimi məsələlərə diqqət yetirməyə çağırdı.
Daha sonra, çıxış edən digər tədbir iştirakçəları tarixi hadisələr barədə danışdılar. Çıxışçılar, MDHP-ni keçirdiyi bu kimi tədbirlərə görə alqışladılar və partiyanın ortaya qoyduğu Bütövlük prinsipinin mühimliyini vurğuladılar.
Çıxışlar bitdikdən sonra, tədbir yubiley münasibətiylə çay süfrəsi ətrafında davam etdi.

Tədbirin videoyazısı:


MDHP Mətbuat Xidməti
21.07.2015
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed