Şrift:
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək
24.01.2012 [12:57] - Mədəniyyət
Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” adlı ədəb-bədii tədbir keçiriləcək. Tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Tədbirdə Filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Kompozisiyanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlıdır.

Tədbirdə bir sıra elm, incəsənət, ədəbiyyat, mədəniyyət xadimləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edəcəklər. Tədbirdə həmçinin, Mübariz İbrahimova həsr olunmuş musiqi parçaları səsləndiriləcək.
Bu xəbər oxucular tərəfindən 1339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed