Şrift:
Samuxda dəhşətli qəza: 11 nəfərin olduğu maşın körpüdən aşıb
31.07.2015 [16:50] - Gündəm, Hadisə
Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

"VAZ 2106" markalı avtomobilin sürücüsü yolötürücünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

Samux rayon Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed