Şrift:
Dahi dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq.
07.08.2015 [14:10] - Gündəm, Afişa, Borçalı
Mədəniyyət və Turizm Nazirliyinin saytı məlumat verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır. Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq. Tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq.

Layihə çərçivəsində "Şeyx Sənan" faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə gerçəkləşəcək. Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissədə isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed