Şrift:
İspaniyada meşə yanğınlarına görə, 2,4 min insan təxliyə olunub
09.08.2015 [11:20] - Gündəm, Hadisə
Meşə yanğınları İspaniyanın qərb bölgəsində üçüncü yaşayış massivinə yaxınlaşıb, yanğından təxliyə olunanların ümumi sayının 2,4 min nəfər olduğu bildirilir. Bu barədə RİA Novosti-nin verdiyi məlumat verir.

Yerli hökumət qurumlarının verdiyi məlumatlarda bildirilir ki, yanğının səbəbləri məlum deyil. Külək yanğının daha geniş əraziyə yayılmasına səbəb olub.

Məlumatda qeyd olunur ki, güclü külək yanğının söndürülməsinə mane olur. Yanğının söndürülməsinə 300-dən artıq xilasedici və yanğınsöndürən cəlb olunub.

Yanğın artıq 6 hektar ərazini məhv edib.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed