Şrift:
Azərbaycanda baş vermiş yanğında şəhid anası ölüb, iki nəfər yaralanıb
02.10.2011 [20:09] - Gündəm
Hacıqabulda ölümlə nəticələnən yanğın baş verib. Hacıqabul rayon Yanğından Mühafizə Hissəsindən Yanğın hadisəsi Hacıqabul rayonunun Nəvahi stansiyasında, Qarabağ döyüşlərində şəhid olmuş Rauf Qəmbərovun anası, 1937-ci il təvəllüdlü Susanna Qəmbərovaya məxsus fərdi yaşayış evində baş verib.

Hadisə nəticəsində Susanna Qəmbərova yanaraq ölüb. Həmin evdə yaşayan, 1955-ci il təvəllüdlü Musayev Musa Paşa oğlu və 1979-cu il təvəllüdlü Qəmbərov Nahid Paşa oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğında ölmüş Susanna Qəmbərovanın cəsədini evdən çıxarıblar.

Hissənin rəis müavini Hüseynağa Məmmədovun bildirdiyinə görə, yanğın oktyabrın 2-də saat 11:00 radələrində elektrik cərəyanında baş vermiş qısa qapanmadan başlayıb, 100 kvadratmetr sahəsi olan ev tamam yanıb.

Faktla bağlı Hacıqabul rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed