Şrift:
Azərbaycanda ali məktəblərə qəbul olmaq istəyənlər üçün müsabiqənin nəticələri bu gün açıqlanacaq
12.08.2015 [13:29] - Gündəm, Gənclik, Bildiriş
Azərbaycanda ali təhsil müəssisələrinin ixtisas seçimi müsabiqəsinin nəticələrinin bu gün axşam saatlarında elan edilməsi nəzərdə tutulur.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərimnə görə, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatıb. Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

İxtisas seçimi ərizələrini tələb olunan vaxtda təsdiqləməyən abituriyentlər ixtisas seçimi müsabiqədə iştirak edə bilməyəcəklər.
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed