Şrift:
Bakı Uşaq Teatrı Azərbaycanı təmsil edəcək.
18.08.2015 [10:00] - Gündəm, Afişa
15 avqust tarixindən TRT AVAZ ekranlarında yeni veriliş star götürdü. Türkiyənin Ağdəniz sahillərinin vazkeçilməzi olan Kekovadakı Aşırlı adasında baş tutan veriliş öz məkanı ilə yəni “Türk adası” adlanır. Proqramda 5 ölkədən 5 cütlük həm bir-biri ilə, həm də çətin təbiət şərtləriylə mübarizələri göstərilir. Azərbaycan , Bosniya Hersoqavinya, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan iştirakçılar proqram boyu aparacaqları mübaricəylə bizlərə həyəcanlı dəqiqələr bəxş edəcəklər. Ölkəmizi bu proqramda Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri, rejissor, aktyor İntiqam Soltan öz xanımı ssenarist, jurnalist Arzu Soltanla birgə təmsil edirlər. Hər zaman maraqlı layihələri, kreativlikləri ilə gündəmə gələn cütlük bu dəfə Azərbaycan adından 5 ölkə arasında yarışacaqlar. Bu sadəcə yarış deyil, həm də bu proqram vasitəsilə iştirakçılar tamaşaçıları təmsil etdikləri ölkənin adət- ənənələri ilə tanış edəcək, cütlüklər çətinliklər zamanı necə bir-birinə dayaq olduqlarını nümayiş edəcəklər. Həftənin üç günü – Çərşənbə axşamı,Cümə axşamı, Şənbə günləri saat 22:00 –da “Türk Adası” verilişi efirdə olacaq.
Ölkəmizi bu yarışmada təmsil edən İntiqam – Arzu Soltan cütlüyünə uğurlar diləyirik.
Bu xəbər oxucular tərəfindən 1267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed