Şrift:
Ayhan Dəmirçi: “Bəs, Xocalıda baş verənlər və yaşanılan hadisələr nədir?
25.01.2012 [23:38] - Diaspor
Fransa Senatı özünü ədalətli kimi göstərmək istəyirsə, ilk öncə Qarabağda yaşanılan hadisələrə hüquqi qiymət verməlidir.

Xüsusilə, qərara lehinə səs verən senatorlara sual vermək istərdim:”Bəs, Xocalıda baş verənlər və yaşanılan hadisələr nədir?

Bu sözləri Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib.

“Fransa yüz il bundan öncə əsası olmayan saxta soyqırımı hüquqiləşdirirsə, bu artıq Fransada insan hüquqlarının, demokratiyanın siyasi alver mənbəyinə çevrildiyini bir daha təsdiqləyir. Bu, prosesi eyni zamanda Fransada insan hüquqlarının kobud şəkildə pozulmasının əsasının qoyulduğu tarix kimi adlandırmaq olar”,- deyə A.Dəmirçi qeyd edib.

Xüsusilə, Ayhan Dəmirçi Fransa Senatının qərarını digər Avropa ölkələrinin parlamentlərinə təsir etmə təhlükəsindən ehtiyatlandığını bildirib.

“Senatın qərarı digər başqa ölkələrə təsir edə və nəticədə isə bu proses Türkiyə-Azərbaycanı beynəlxalq arenada çətin duruma sala bilər”, - deyə cəmiyyət sədri vurğulayıb.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed