Şrift:
Azərbaycan Milli Onkologiya Mərkəzində Qazaxstan onkoloqları ixtisas artırma kursları keçirlər
20.08.2015 [01:56] - Xəbərlər, Sağlıq
“Bədxassəli şişlərdə şüa müalicəsinin Avropa və ABŞ standartlarına uyğun müasir metodlarla aparılması” mövzusunda Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) mütə­xəs­sis­ləri tərəfindən Qazaxstan onkoloqlarına treyninq kurslar keçiri­lir. Bu barədə bizə MOM şüa müalicəsi şöbəsinin rəhbəri, t.e.d., prof. İsa İsayev məlumat verdi. İ.İsayev bildirdi ki, MOM-un baş direktoru akademik Cəmil Əliyevin səyi nəticəsində klinika artıq dünya miqya­sın­da tanınmış və nüfuzlu onkoloji mərkəzə çevrilmişdir:”Məhz bu səbəbdən kadrların hazır­lanması işində mərkəzin əməkdaşlarına böyük etimad göstərilir. Bunu təsdiq edən faktlardan biri məhz Azərbaycan MOM-də Qazaxstandan olan radiote­ra­pevt, tibbi fizik, laborant-texniklərin kurs keçmələridir. Professor əlavə etdi ki, Qzaxstanın Semey və Aktobe şəhərlərinin onkoloji klinikalarının radiotarepevtləri, tibbi fizik və texnikləri üçün həyata keçirilən treyninqlər bu ilin 17 avqustdan başlamış və 9 oktyabra qədər davam edəcəkdir. Kurslarda 8 həkim-radioterapevt, 8 tibbi fizik, 8 isə iştirak edir. ABŞ-ın məşhur Varian Medical Systems şirkəti MOM ən müasir tex­­ni­ki avadanlıqlar və kadr potensialı ilə təmin olunduğunu, mərkəzdə onkoloji xəstələrə tibbi yar­dımın ən müasir standartlara cavab verən səviyyədə apaılmasını əsas götürərək Qazaxstanlı tibb işçilərinə bu kurs­la­rın məhz Bakıda, Azərbaycan MOM şüa müalicəsi şöbəsində aparılma­sı­nı məsləhət görmüşdür.”
Bu xəbər oxucular tərəfindən 1443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed