Şrift:
Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
21.08.2015 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyənin Tehrandakı səfiri Riza Hakan Tekin İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə səfiri ilə görüşən İran Xarici İşlər Nazirliyinin Qafqaz və Müstəqil Dövlətlər Birliyi (MDB) idarəsinin baş direktoru, son həftələrdə Türkiyənin İranla həmsərhəd bölgələrində iranlılara və İran sərnişin avtobus və nəqliyyat vasitlərinə hücumların artdığından nigaran qaldığını bildirib. Bildirilib ki, Türkiyə hökuməti bu ölkəyə səfər edən İran İslam Respublikası vətəndaşlarının, eləcə də sərnişin avtobus və digər nəqliyyat vasitlərinin təhlükəsizliyinin qorunmasına daha diqqətlə yanaşmalıdır.

Səfir, Riza Hakan Tekin deyib ki, Türkiyə hökuməti bu ölkəyə səfər edən bütün xarici vətəndaşların təhlükəsizliyinin təmin olunmasında məsuliyyət daşıyır və bu yolda daha da çalışacaq: “Biz də yaranmış vəziyyətdən narahatıq. Məsələni ciddi şəkildə araşdıracağıq. Türkiyəyə səfər edən xarici vətəndaşlar, o sıradan da İran vətəndaşları bizim əlimizdə əmanət sayılır və onların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görüləcək. Biz məsələni lazım olan qurumlara çatdıracaq, qısa zamanda nəticəni elan edəcəyik”.

Qeyd edək ki, son bir neçə həftədə Türkiyədə 10-a yaxın İran nömrəli yük maşınına və bir sərnişin avtobusuna silahlı hücumlar edilib. Sonradan, hücumların Türkiyə hökumətinə müxalif terrorçu PKK qüvvələri tərəfindən həyata keçirildiyi bəlli olub.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed