Şrift:
Traxtur komandası cərimələndi
25.08.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası Futbol Federasyonunun İnzibatı Komitəsi tərəfindən növbəti dəfə cəzalandırılıb.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 3-cü həftəsində keçirilən müsabiqədə “Traxtur”la Tehranın “Rah ahən” takımı Təbrizdə qarşılaşdı. İnzibatı Komitənin elan etdiyi məlumatda bildirilir ki, ““Traxtur-Rah ahən” müsabiqəsində Təbriz komandasının məşqçisi Luez Miqonizof bəzi qanun pozuntularına yol verib. Məşqçi bu səbəbdən bir müsabiqədə komandasını müşayiət etməkdən məhrum edilib və 30 milyon rial cərimə ödəməlidir.”

Həmçinin İnzibati Komitənin qərarına əsasən, ““Traxtur” komandası tərəfdarlarının bir sıra hərəkətlərinə görə 50 milyon rial cərimə ödəməlidir.”

Xatırladaq ki, “Traxtur” komandası azərbaycanlılar tərəfindən çox sevilən bir milli takımdır. Bu komanda müxtəlif bəhanələrlə zaman-zaman İnzibati Komitə tərəfindən cəzalandırılır.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed