Şrift:
Erməni ailəsindən Fransa prezidentinə özünəməxsus minnətdarlıq
26.01.2012 [13:30] - Hadisə
Ailə yeni doğulan uşağına Sarkozi adı verdi

Fransa Senatının məlum qərarından sonra bir ailə Sarkoziyə “borcunu” ermənisayağı ödədi. Erməni ailə ötən gün dünyaya gələn uşağına Sarkozi adı qoyub.

Uşağın nənəsi “Belga” agentliyinə bunları deyib: “Biz uşağa babasının adını vermək istəyirdik. Lakin türklərin bütün təhdidləri qarşısında qanunun qəbulundan sonra biz uşağa bu cəsur insanın, Fransa prezidentinin adını vermək qərarına gəldik”.

Xatırladaq ki, bu ermənilərin ilk belə davranışı deyil. 1961-ci ildə Qaqarin kosmosa qalxdıqdan sonra İrəvanda yaşayan bir ermənu uşağına Perkosrak adı qoymuşdu (первая космическая ракета – birinci kosmik raket). Bu adla o özünə divident əldə edə bildi.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed