Şrift:
Kürdəmirdə dəhşətli qəza: qardaş-bacı öldü
26.01.2012 [17:20] - Hadisə
Bir ailənin 2 üzvü ölüb, 3 üzvü isə ağır yaralanıb

Bu gün Kürdəmir rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Kürdəmir-Ağsu yolunda, Atakişili kəndi yaxınlığında “VAZ 2107”markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan şəxslərdən ikisi - sürücü və qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Daha 3 sərnişin isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib, araşdırma aparılır.

Kürdəmir rayon Polis Şöbəsinin müstəntiqi Ülvi Abdullayevin verdiyi məlumata görə, qəza nəticəsində ölən minik avtomobilinin sürücüsü, 1960-cı il təvəllüdlü Mürsəlov Mahir Mikayıl oğlu və onun bacısı - 1973-cü il təvəllüdlü Babayeva Ədibə Mikayıl qızıdır. Yaralılar isə sürücünün qızları - Ayşən, Güldanə, həmçinin avtomobildə olan qardaşı qızı Mürsəlova Nazilə Əlihüseyn qızıdır.

Qeyd edək ki, M.Mürsəlov rayonun tanınmış əczaçılarından biridir.
Bu xəbər oxucular tərəfindən 1531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed