Şrift:
Saday FƏRƏCOV: - Vətəni sevmək imandandır (H.z.Məhəmməd s.a.v.)
31.08.2015 [00:42] - Gündəm, İslam dini
Azərbaycan elə bir coğrafi şəraitdə yerləşir ki, zaman-zaman yad təzyiqlərə,qruplaşmış qüvvərin qurbanı rolun almışdır.Münasib iqlim şəraiti,neftimizin,qazımızın,Xəzər dənizi ,bir sözlə " Tanrının mükafatı".Belə olduğu halda istər qonşular ,istərsə də digər dövlətlərin daim nəzərləri ölkəmizdə olmuşdur.Bizim dilimiz-Türk,dinimiz -İslamdır.Amma reallığa gəldik də milli kimliyimiz , əqidəmizdə dəyişiklikləri görürük.Bayrağımız hər bir bir rənginin , işarəsinin mənası var.Bu mənalandırmalar nə qədər qalıb.?Başlayaq göy rəngdən.
Göy rəng sırf türkçülüklə bağlı olub və bayrağımız tərtib olunurkən milli mənsubiyyətimiz bayrağımızda yer alıb.Göy rəng XVIII əsrdə Elxanilər dövlətinin əzəmətin bayrağında , döyüşlərində ,həmin dövrün yaşayış yerlərinin əksəriyyətinin göy rəngdə olması nəzərə çarpır. "Türk dilini öyrənin ,onların uzun sürəcək hakimiyyətləri gözlənilir.Mənim türklərdən ibarət bir ordum var.( H.z.Məhəmməd s.a.v.).Millətimiz şanlı tarix keçmişdir.Mənə türklərdən ibarət bir ordu verin, dünyanı sizə fəth edim ( Napoleon Bonapart) Bəli əgər türkləri tarixdən çıxarsaq ,o zaman yerdə elə də bir şey qalmaz.Türklər tarix yazdı.Tarixə yaşıd milətimin bu gün gəncindən miliyətin soruşanda: Cavabında ,azərbaycanlı deməsi .Bax bizim reallıq.Bizi bizdən alırlar.Özümüzə türk deməyə unatırmış kimi.Bəlkə həqiqətən utanırıq.Axı türkün torpağı işğal altında,ana-bacıları əsirlikdə olmaz.Bəs o zaman nəyi və kimi gözləyirik.Bir
millət ,yeddi dövlət prinsipi ilə yola düzəlib,Türk-İslam birliyin yaratmaq zərurəti yaranıb.Başbuğ Alparslan Türkeş deyirdi:"İslamiyyət ruhumuz,türklük bədənimizdir"Qarabağın azadlığın nə vaxta kimi xristianlar , bütpərəslər gözləyəcik?! "Ey iman gətirənlər!Nə mənim düşmənimi,nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda,siz onlarla dostluq edirsiniz.Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi çıxardırlar.Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda
cihada çıxmısınızsa.Siz onlarla gizlində dostluq edərsiz.Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm.Sizdən kim bunu etsə,o,şübhəsiz ki,haqq yoldan azmışdır (İmtahana çəkilən qadın sürəsi ayə 1)
Amma bu günümüzün reallığında müsəlman ölkərindən uzaq düşməyimiz və dinimizə qarşı min cür oyunlardan keçənlərdən yardım ummağımız.Həmin oyunların nəticəsidir ki,minlərlə müsəlman qardaşlarımızın bir-birinə qarşı vuruşur.Budur İslamı düzgün anlamamaq və düzgün təbliğ etməmək.
Yaşıl rəng islam sivilizasiyasına,islam dininə mənsubluğumuz və sitayişimizdən irəli gəlir.Reallıq isə heç ürək açan deyil.Nə mömin möminin qardaşı prinsipi,nə də dinimizi qoruya bilmişik.Əvvəldə qeyd etdiyim ölkəmizin maraqlarda olması bu gün də davam edir.Bir vaxtlar Azərbaycana müxalifət -iqtadar savaşı açanlar nəticə əldə edə bilməməsi səbəbindən ,dini qrupların dəstəkçisinə çevrilir bu dəfə daha zərif nöqtə-İslam.Artıq onlarla dini təriqətlərin ölkəmizdə çoxalmasının şahidiyik.Qurani- Kərimdə İslamın təriqətlərə bölünəcəyi və heçdə bu bölgünü aparanlar yaxşı qarşılanmır.Tovhid-İslam dinin parçalamaq böyük günahlardandır.Allah -Təalanın bizə göstərdiyi yola müdaxilədir."Sənə Kitab nazil edən Odur.Onun bir hissəsi möhkəm,digər qismi isə mütaşabih ayələrdir.Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütaşabih ayələr uyarlar.Halbuki,onların yozumunu Allahdan başqa heç kəs bilməz.Elmdə qüvvətli olanlar isə:"Biz onlara iman gətirdik,onların hamısı Rəbbimizin dərgahındadır",-deyərlər.Bunları ancaq ağıllı adamlar dərk edərlər"(Əli-İmran sürəsi ayə 7) Bəli,bu ayələri ancaq ağıllı adamlar anlar.İnsan ibadəti,imanı,təqvası nəticəsində Qurani-Kərimin hikmətin dərk edər. "Həqiqətən,Biz sözü onlar üçün bir-birinin ardınca izah etdik ki,bəlkə,öyüd-nəsihət qəbul etsinlər!"(Əhvalat sürəsi ayə 51) Dünyanın ictimai-siyasi gedişatın analiz edərkən dinin siyasi məqsədlərlə istifadə edildiyin görərik.Bu fərq etməz İslam ya da qeyri din mənsubiyyətində olarlar üçün.Əslində siyasətin din üzərindən aparılması olduqca "əlverişli" olur.Fərqinə varmadığımız oyunun qurbanı olar,və qazanan yenə də qarşı tərəf.Universiteti islamşünas-ilahiyyatçı fakültəsində oxumağım və ,10 ilə yaxın ibadət etdiyim zamanlarda həmişə bir sual maraqlı gəlib.Görəm dini
liderlər-müctəhidlər niyə bizə Qurani- Kərimi olduğu kimi çatdırmır? Axı onlar bunun nə qədər günah olmasın bilir.Belə başqa yönlərə yönəldiyimiz mövzularda mütəşabih ayələr də olur.Əgər düz anlatsaydılar,o zaman bu qədər təriqət və hər bir təriqətin özün haqq olduğun isbat etmək cəhdi.Bir ayənin 5-6 cür açıqlaması varsa,demək ki,birindən digəri yanlış izah verir.Acı reallıq da olsa bu faktdır ki, biz Qurani- Kərimdən savayı bütün dini ədəbiyyatları oxuyar və bu oxuduqlarımız kitablar üzərindən mübahisə edərik.Olmazdımı ki,bütün təriqətlərin biliciləri Allaha xatir,İslama xatir,insanlığa xatir bir masa arxasında əyləşib Qurani-Kərimin hər bir ayəsin analiz edə və ortaq mövqedən çıxış edələr.Bu İslamın bütün dünyada bərqərar olması deyilmi?!O zaman bizdən güclü, bizdən bərəkətli nə ölkə olar nə də sabitliyimiz pozmağa cəhd edən.Görünür maraqların nəzərində olan İslamın parçalanması,təriqətlərin
çoxalmasıdır.Son dövrlərdə bu ölkəmizdə daha qabarıq görünür.Və elmi,dərrakəsi zəif,bir azda sadəlövhlük üzərindən gənclərin beyininə nüfuz edən çağırışlardan dolayı başqa ölkələrdə döyüşlərə qatılr.Buna döyüş yox, oyun desək daha dəqiq olar.Azərbaycan bu halda oyuna qatılmış olur və yeni ixtişaşlardan,terror aktlarının ölkəmizdə olmasından kimsə sığortalaya bilməz.
Biz İbrahim Xəlilullahdan yadigar qalan Tovhid -İslam dinin ,Qurani-Kərimi öyrənməliyik.Düzdür bizim qavramadığımız məsələlərlə qarşılaşacağımız vaxtlar olacaq,amma sidq qəlblə sevgi ilə,təqva ilə,iman ilə yaxınlaşdığımız zaman biz haqqı batildən ayırd edər ,əməli-saleh bəndə olarıq.Qurani-Kərim sonuncu səmavi kitab olub və nazil olduğu zamandan bu günümüzə kimi deyərdim hər dövrə,hər ilə,aya,günə adiyyatı var.Qurani -Kərim özü-özün təsdiq edən kitabdır.İyirmi üç il ərzində Cənab Cəbrayıl(ə) vasitəsilə Peyğəmbərimizə
göndərilib.Sonradan yaranacaq və mübahisə nədəni olacaq hədislər barəsində Allah-Təala buyurmuşdur:Mənbəyi Qurani Kərimdə varsa,mənim Allah kəlami,yoxsa cəfəngdir.Bu gün bir çox hədislər ətrafında mübahisələr yaranır .O zaman biz həmin hədisin mənbəyin Qurani-Kərimdə axtarmalıyıq.
Cümhuriyyət zamanı bayrağımız tək qırmızı rəngdən olub .Sonralar göy,yaşıl,qırmızı ardıcıllığı ilə olmuşdur.Qırmızı rəngin XVIII əsrin sonlarında Fransada Burjua inqilablarından sonra kapitalizmin inkişafı ilə bağlı olması və Avropa ölkərindəki nəzərə çarpacaq irəliləyişlər.Proletarizmin kapitalizm quruluşuna qarşı mübarizəsi olub.Elə bu vaxtlar da qırmızı rəng
Avropanın simvoluna çevrilib.Qırmızı rəngin sırf Avropadan gəlməsi aydındır.Bu rəngin bayrağımıza gətirilməsi avropaya ,müasir cəmiyyət ,demokratiyanı inkişaf etdirmək,bir sözlə müasirləşməni,inkişafı təcəssüm edir.Üç rəngli bayrağımızın yaradıcısı Əli bəy Hüseynzadə yazırdı:"Avropalaşalım,fişəngləşəlim,deyirsiz.Lakin,ey qare,müraciətdən müraciətə fərq vardır.Biz avropalılıarın ədəbiyyatına,sənayelərinə,ümum və maariflərinə,kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz-özlərinə deyi! Biz istəri ki,islam ölkəsinə onların beyinləri,dimaqları girsin"Amma görünən odur ki, bu "qırmızı" rəng göy və yaşıl rəngə təsizsiz qalmadı.Biz avropalıların yaşam tərzin ,geyimi mənimsədik.Hansı ki,mədəniyyəti bizdən öyrəndikləri tərzdə bu gün bizə mədəniyyət dərsi keçirlər.
Əslində "materialistlər" İslamı bizdən daha yaxşı təbliğ edir.Bu günümüzə kimi İslama qarşı səlib yürüşündə olan alimlər İslamın hər detalın incələyib ,haqqlı olduqların sübut etməyə çalışmışlar.Bu insanlar sıradan deyil tanınmış elm adamları olması daim bizim işimizə yarayıb.Qurani-Kərimi incələyən elm adamları sonda haqqı tapıb,İslamı qəbul etmələri və bunların özlərini,tutduqları yolu təkzib etməsi.
İslam bizdən nə tələb edir? Allahımız Qurani-Kərimdə bizə necə yaşamağımızın planın,yolun göstərmişdir.Qalır iman gətirmək.İslamın anlayışı fərdin şəxs kimi özünü dərk etməsindən başlayır.Özünü dərk edən insan Yaradanın dərk edər.Yaradanın dərk edən insan,Yaradanın dediklərinə iman gətirər,əməl edər.Qurani -Kərim ərəb dilində oxunmalı,və hər bir ümmətin dilinə tərcümə olunmalıdır.Bİzim ana dilimizə Qurani-Kərim çox gözəl surətdə tərcümə olunub və yetər ki ,yaxınlaşaq.Din həmişə mübahisəyə səbəb olub .Ərəb dilində beş
cümlə bilənin Qurana aydınlıq gətirmək sevdası bizləri qaranlığa sövq edir.Allah -Təala bizə Vətənimizi sevməyi,Şəhidlərin ölməzliyi,Allah dərgahında diri olması,mərhəməti,kamilliyi,qayğını,mehribançılığı,qohumlarla xoş münasibəti,əxlaqı nə ki,gözəllik varsa onları aşılayır. Azərbaycan gənci savadlanmalı,ölkəmizin dünyada imicinin formalaşmasında əlindən gələni etməlidir.Bİz Vətənimizin azad,dövlətimizin bütöv olması üçün daim bir olmalıyıq.Allah-Təala Azərbaycanımızı qorusun Amin!Bax,"amin" kəlməsi
demək olar ki,bütün inanclarda var.İlahiyyatçı Hacı Xalidin
Azərbaycan,Quran,Məhəmməd (s.a.v.),tövbə ,amin kəlmələrinin baş hərflərinə Qurani-Kərimdən çıxarışlarla hikmətli açıqlamaları:

A llah zalıma,əməli salehə,
Z alımın axirəti zülmətli olar.
Ə məl sahibləri qiymətli olar,
R əbbimiz rəhm edər öz bəndəsinə,
B öyükdür,uludur o ulu Allah,
A llah müqəddəsdir,Allah ucadır,
Y aradan yaradıb fani dünyanı.
C ənnət bir güşədir bağlı-bağatlı.
Analar cənnətin bir nişanəsi,
N işanə iqlimi,gözəl havası.


Q uran böyük hikmət,böyük həqiqət!
U yma sən dünyanın cah-cəlalına,
R əbbimdir hər iki dünya sahibi!
A llahım bu haqda vermişdir xəbər,
N ur saçan nurundan,öz Quranından!


M əhəmməd !Bu adın özünə qurban!
Ə manət olaraq qoydu yadigar,
H amıya mehriban,hamıya hörmət,
Ə yyama nur çaşan nurun sahibi,
M ehriban mərhəmət əməl sahibi,
M öhürü,namazı qoydu yadigar.
Əl a uca dində,İslam dinində,
D ünyanın sirrini bəyan eylədi.

S alam,salam olsun din sahibinə,
A llahın ən gözəl salamı olsun,
V allah peyğəmbərə-bəşər nurana!



T övbə kəlməsinin özünə qurban.
Ö yrətdi Allahım tövbəkar oldum,
V əliyəm,Mən qulam,böyük Allahım,
B öyükdür,uludur o gözəl Allah!
Ə məllər bəyənir bizi yaradan.


A min deyən dillər qalmaz intizar,
M in şükür edənin dadına çatar.
İ nsanın şəfası öz dilindədir,
N amazda edərsə dua Allaha !
Bu xəbər oxucular tərəfindən 1610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed