Şrift:
Obama: Nüvə razılaşması rədd edilsə biz müharibəyə doğru sürüklənmiş olacağıq
31.08.2015 [12:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Barak Obama avqustun 28-də bu ölkənin yəhudi icması ilə keçirilən bir video konfransına qatılaraq Qərblə İran arasında Vyanada əldə edilmiş nüvə razılaşmasını müdafiə edib.
Obama deyib ki, əgər ABŞ Konqresində nüvə razılaşması rədd edilsə məsələ ilə bağlı təşəbbüs İranın əlinə düşəcək: “Əgər biz bu razılaşmanı rədd etsək öz əlimizlə təşəbbüsü İrana vermiş olacağıq. Belə olan halda isə iranlılar Amerika və İsraili razılaşmanı pozan tərəf kimi göstərərək bizi təcrid edə biləcəklər.

İranla nüvə razılaşmasına qarşı çıxanların müharibə tərəfdarı olduqlarını demək düzgün deyil. Lakin mövcud seçimləri ağılla araşdırıb götür-qoy edəndə görürük ki, bu razılaşma rədd edilsə, biz artıq müharibəyə doğru sürüklənmiş olacağıq”.

Obama qeyd edib ki, Vyanada əldə edilən razılaşma, İranın nüvə silahına yiyələnməsinə aparan bütün yolları ən azı 15 il müddətinə bağlaya biləcək və Tehranın bu sahədəki bütün fəaliyyətləri nəzarətdə saxlanılacaq.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed