Şrift:
Tahir Seyidovun 52 yaşı tamam olur
31.08.2015 [13:57] - Gündəm, MDH
Bu gün Azərbaycan siyasi səhnəsinin tanınmış simalarından biri, Milli Dirçəliş Hərəkatı Partiyası Ali Məclisinin sədri Tahir Seyidovun 52 yaşı tamam olur. Hələ gənclik illərindən siyasi fəaliyyətə başlayan Tahir Seyidov, dönəmin siyasi şərtlərinə uyğun olaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmiş və ideoloji fəaliyyətlə məşğul olan təşkilatlarda təmsil olunmuşdur.Tahir Seyidov bu gün də ideoloji və siyasi fəaliyyəti ilə seçilərək, əsasən Türk millətçisi kimi tanınır və Milli Dirçəliş Hərəkatı Partiyasında olması onun bu fəaliyyətini daha da parlaqlaşdırır!
MDHP adından mücadilə dostumuz Tahir bəyi doğum günü və mənalı həyatı münasibətiylə təbrik edirik, ona tutduğu bu şərəfli və çətin yolda uğurlar arzulayır, zəfər sevincini yaşamağı diləyirik!
Gözəl valideyin və qayğıkeş baba olan Tahir bəyə həmişə ailəsinin başında fərəhlə durmağı arzulayırıq!

Sayğılarımızla, Milli Dirçəlişçilər.
31 avqust 2015-cü il
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed