Şrift:
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır
03.10.2011 [11:28] - Gündəm
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır. Sessiya çərçivəsində Avropa Şurası ilə ərəb dövlətlərində yeni yaranan demokratiyalar arasında əməkdaşlıq, insan haqları, terrorçuluğa qarşı mübarizə, internetdə şəxsi məlumatların müdafiəsi, miqrasiya məsələləri, xüsusilə uşaq miqrantlarla bağlı vəziyyət müzakirə olunacaq.

Bu gün AŞPA Bürosunda və daimi komitədə Türkiyədə parlament seçkilərini müşahidə prosesinin yekunları müzakirə olunacaq. Oktyabrın 6-da Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas AŞPA-da çıxış edəcək, bir gün sonra isə AŞPA üzvləri Ermənistanda demokratik institutların vəziyyəti ətrafında müzakirələr aparacaqlar.

AŞPA-nın payız sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib. Sessiya oktyabrın 7-də işini başa vuracaq.
Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed