Şrift:
Səid Şirzadın qeyri-müəyyən hüquqi vəziyyəti davam edir
04.09.2015 [12:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uşaq haqları müdafiəçisi Səid Şirzad hələ də Rəcayişəhr zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Məlumata görə, fəalın qeyri-müəyyən vəziyyəti saxlanma müddətinin 15-ci ayında hələ də davam edir, onun ittihamlarına heç bir məhkəmədə baxılmayıb.
Uşaq haqları fəalı keçən aylarda məhkəmə iclasını etiraz əlaməti olaraq tərk edib. O, çağırışın öncədən elan olunmaması, vəkilin məhkəmə prosesinə qatılmaması və bütün müraciətlərə rəğmən vəkilə onun dosyesi ilə tanış olmaq icazəsi verilməməsi səbəbindən məhkəmə iclasını tərk edib.
Fəal bu vəziyyətə etirazla yanaşı, həmçinin əl-qolunun qandallanmasına etiraz etdiyi üçün iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib.
Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed