Şrift:
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdədir
07.09.2015 [12:12] - Gündəm, İslam dini
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Fransaya səfər edib. Bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Fransada silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Azərbaycanın özünəməxsus dini tolerantlıq ənənələrinin təbliği istiqamətində Paris və Strasburq şəhərlərində konfransların və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 10-a qədər davam edəcək tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropa Yəhudi İrs gününün başlaması mərasimində və Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgə yaşayış mədəniyyəti” konfransında iştirak edəcək. Komitə təmsilçiləri tədbirlərdə məruzələrlə çıxış edəcək. Səfər çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə də görüşlər keçirəcək.

Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed