Şrift:
Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir.
08.09.2015 [04:36] - Gündəm, Afişa, Mədəniyyət
Yeni mövsümün başlanması ilə əlaqədar olaraq, Teatrın direktoru, bədii rəhbəri İntiqam Soltan yeni iş planını açıqlamışdır.

21 yanvar – 01 fevral 2016-cı il tarixlərində İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına dəvət almış Bakı Uşaq Teatrı festivala hazırlaşır. Və teatrda bu yönümdə hazırlıqlar gedir.
26 sentyabr - türk dili günü olması ilə əlaqədar olaraq, teatr məhz həmin gün mövsümün açılışına start verəcək. Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında rejissor İntiqam Soltanın quruluşunda eyniadlı tamaşa nümayiş olunacaq.
Hər zaman maarifləndirmə funksiyasını həyata keçirən teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.
Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacağı planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed