Şrift:
Balakəndə yanğın olub, ev sahibi və azyaşlı uşaq xəsarət alıb
12.09.2015 [10:57] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Gərəkli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed