Şrift:
Suriyada iranlı zəvvarlar qaçırılıb
28.01.2012 [14:47] - Hadisə
11 iranlı zəvvar avtobusla paytaxt Şama doğru hərəkət edərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Irina xəbər portalında 27.Yanvar 2012-ci il trixində yayılan məlumata görə, Zəvvarlar naməlum istiqamətə aparılıb və hələlik onların barəsində geniş məlumat yoxdur.Qeyd edək ki, bu, Suriyada iranlıların qaçırılması ilə bağlı ilk hadisə deyil. Ötən il dekabrın (December) 21-də Suriyanın Homs şəhərində 5 iranlı mühəndis qaçırılıb və indiyədək onların taleyindən heç bir məlumat yoxdur.Yeri gəlmişkən, bu gün Suriyadakı vəziyyətlə bağlı BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası qapalı iclas keçirəcək. Məsləhətləşmələrdə prezident Bəşər Əsədin istefasını nəzərdə tutan Ərəb Dövlətləri Liqasının (birliyinin) qətnamə layihəsinin müzakirəsi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 3547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed