Şrift:
Təbrizdə Türkiyə və Azərbaycan ustadları Şəhriyar nişanı ilə təltif olunub
18.09.2015 [13:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 15-də (şəhrivərin 24-də) Təbriz universitetində ustad Şəhriyar mədəni nişanın birinci beynəlxalq festivalı keçirilib.
Təbriz universitetinin Azərbaycanşünaslıq Təhqiqat Müəssisəsinin təşəbbüsü ilə keçirilən festivala İranın qonşu ölkələrdəki səfir və diplomatları ilə yanaşı Türkiyə və Azərbaycan Cümhuriyyətlərindən də qatılanlar olub.

Məlumata görə, tədbirin aparıcısı Məhəmmədrza Purməhəmmədi iştirakçılara Təbrizin tarixi, incəsənəti, tarixi şəxsiyyətləri və universitetləri ilə bağlı geniş məlumat verib. O çapxana, kitabxana, yeni şivədə birinci ibtidai təhsil, əskinas pul, ticarət odası, Bələdiyyə, kinoteatr və s. kimi elmi-mədəni işlərin birinci Təbrizdə başladığını xatırladaraq Təbrizin birincilər şəhəri olduğunu diqqətə çatdırıb.

Məlumata görə, sözügedən Festivalda Azərbaycan Cümhuriyyətindən 2, Türkiyədən 2 və yerli universitet usatlarından biri ustad Şəhriyar mədəni nişanı ilə təltif olunub.

Qasim Əliyev, Əli Gözəlyüz, Nemət Ildırım, İsa Həbibbəyli və Rəsul İsmailzadə Şəhriyar nişanını almağa nail olublar.
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed