Şrift:
MSK sədri: Bizim üçün əsas odur ki, keçirilən seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın
02.10.2015 [13:28] - Gündəm, Siyasət
Kim seçkiləri müşahidə etməyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etməkdən imtina etməsinə münasibət bildirərkən deyib.

MSK sədrinin sözlərinə görə, bizim üçün əsas odur ki, ilk növbədə keçirilən seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın: "İkincisi, istənilən mərhələdə, istənilən formatda dünyanın istənilən yerində keçirilən tədbirdə Azərbaycanın mövqeyini ortaya qoyuruq və bu reallıq diqqətə çatdırılan zaman ictimaiyyət tərəfindən təqdirəlayiq qiymətləndirilir. Ona görə də buna kiminsə qərəzli münasibətinin üzərində dayanmaq istəmirəm. Bu, bizim səlahiyyətimizə daxil olan məsələ deyil. Hər bir qurumun öz daxili siyasəti var".
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed