Şrift:
Traxtur komandasının 4 oyunçusu növbəti yarışa qatılmaya bilər
15.10.2015 [12:05] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası cümə günü Xuzistanda bu şəhərin “Fulad” komandasının qonağı olacaq. Məlumata görə, bu müsabiqədə Azərbaycan komandasının 4 oyunçusu iştirak etməyə bilər. Məhəmmədrza Əxbari, Şahin Saqibi İranın “Ümid” milli takımı və Ramizi Filippin milli komandasının məşqlərinə qatıldıqlarına görə, Fərdin Abdini isə öncəki müsabiqələrdə zədə aldığı səbəbindən cümə günü keçiriləcək “Traxtur” müsabiqəsinə qatılmaya bilər.
Adını çəkdiyimiz oyunçular hətta müsabiqə vaxtına qədər “Traxtur” komandasına qayıtsalar da, məşqlərə qatılmadıqlarına görə oyunda iştirak etməyə bilərlər.
Qeyd edək ki, hazırda “Traxtur” komandası 7 imtiyazla super liqa cədvəlinin 10-cu yerində yer alır. “Traxtur” oktyabrın 16-da Xuzistanın Fulad komandasının qonağı olacaq.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed