Şrift:
“Sepah”ın daha 2 yüksək rütbəli komandiri Suriyada öldürülüb
15.10.2015 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 2 yüksək rütbəli komandiri, general Fərşad Həsunizadə və general Həmid Muxtarbənd (Əbu Zəhra) Suriyada gedən döyüşlərdə həlak olub.
İranın hökumət saytlarında yayılan məlumatlara görə, “Sepah”ın hər iki komandiri İŞİD qüvvələrinə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb. Sepahçıların İŞİD tərəfindən öldürüldüyü bildirilir. Onların Suriyaya nə vaxt göndərildiyi barədə məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed