Şrift:
27 Saylı Sabunçu 2-ci seçki dairəsindən deputatlığa namizəd Piriyeva Nəzmiyyə Salman qızı KANAL 24 də
20.10.2015 [10:11] - Xəbərlər, MDH
27 Saylı Sabunçu 2-ci seçki dairəsindən deputatlığa namizəd Piriyeva Nəzmiyyə Salman qızı KANAL 24 də digər dairələrdən olan namizədlərlə debatda iştirak etdi. Namizədlərə verilən suallara , şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazıçılar Birliyinin, İrak-Türkmən Yazıçılar Birliyinin, Türkiyə Elmi Ədəbi Əsər Sahiblərinin Məslək Birliklərinin üzvü, bir neçə kitab müəllifi Nəzmiyyə Piriyeva suallara bu cür aydınlıq gətirdi: “ Mən namizədliyimi 27 saylı Sabunçu 2-ci Seçki Dairəsindən, Milli Dirçəliş Hərakatı Partiyasının təşəbbüsü əsasında irəli sürmüşəm. Sabunçu rayonunun Ramana kəndində yaşayıram. Düşünürəm ki, şəffaf bir seçki prosesinə qatılmışam. Siyasi-iqtisadi, hərbi və digər sahələrdə günü-gündən inkişaf edən, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanımızda yaşadığıma görə əminəm ki, bu ilki seçkilər də azad və şəffaf keçiriləcəkdir.”
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed