Şrift:
Azərbaycan idmançıları İslam Ölkələrinin Həmrəylik Çempionatında medal sayını 7-yə çatdırıblar
01.02.2012 [10:33] - İdman
Ağır atletika üzrə İslam Ölkələrinin Həmrəylik Çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk dəfə keçirilən yarış Azərbaycan milli komandası üçün uğurlu başlayıb.
Belə ki, hələlik körpücük üzərinə çıxan Paşa İbrahimli, Rauf Nəbiyev (hər ikisi 62 kq) və Firudin Quliyev (69 kq) fəxri kürsüyə yüksəlməyi bacarıblar.
Gənc İbrahimli 250 kq (114 kq+136 kq) nəticə ilə həm birdən, həm təkanla qaldırmada, həm də toplamda qızıl medal qazanıb. İkinci yerə isə toplamda 239 kq nəticə ilə Nəbiyev layiq görülüb.
Ardından bu uğuru dünya rekordçusu Firudin Quliyev davam etdirib və çempion adını qazanıb. Həmyerlimiz birdən qaldırma hərəkətində iki yanaşma edib. O, əvvəlcə 120, daha sonra isə 126 kq-ı başı üzərinə qaldırıb. Bu çəki qızıl medal üçün yetərli olduğundan o, üçüncü yanaşmadan imtina edib.
Təkanla qaldırmada qızıl medal üçün isə atletimizə cəmi bir yanaşma bəs edib. İlk sifariş verdiyi 160 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyən Quliyev, sonrakı iki yanaşmaya ehtiyac duymayıb.
Nəticədə Quliyev cəmi üç yanaşma ilə həm birdən, həm təkanla qaldırma, həm də toplamda 186 kq (126 kq + 160 kq) ilə 1-ci pilləyə sahib çıxaraq, birdən-birə üç qızıl medal qazanıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Dammam şəhərində keçirilən turnir sabah yekunlaşacaq və burada yığmamızın baş məşqçisi Nizami Paşayev millimizin ehtiyat qüvvəsini gözdən keçirir.
Bu xəbər oxucular tərəfindən 1892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed