Şrift:
Senatorun Azərbaycana gəlişinə rəsmən qadağa qoyulub
03.10.2011 [23:12] - Köşə yazarları
Azərbaycan Xarici İşlər Nazirliyi kaliforniyalı
senator Cozef Simityanın adını arzuolunmaz şəxslər siyahısına daxil edib

Azərbaycan Xarici İşlər Nazirliyi kaliforniyalı senator Cozef Simityanın adını arzuolunmaz şəxslər siyahısına daxil edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Bununla da amerikalı senatorun Azərbaycan ərazisinə gəlməsinə qadağa qoyulub. Bu qərar səbəb senatorun Azərbaycan tərəfi ilə razılaşdırmadan işğal altında olan ərazilərimizə səfər etməsidir.
Xatırladaq ki, Cozef Simityan Kaliforniyadan olan bir qrup senatorla Azərbaycana səfər edib. Bundan sonra o Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə də səfər edib. Azərbaycana səfərdə iştirak edən digər senatorlar Cozef Simityanla birlikdə Dağlıq Qarabağa getməyiblər.
Bu xəbər oxucular tərəfindən 473 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed