Şrift:
Azərbaycanda Aşura Günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
24.10.2015 [10:39] - Xəbərlər, İslam dini, Bildiriş
Bu gün Azərbaycanda Aşura Günü ilə əlaqədar qanvermə aksiyası keçirilir. Təzəpir məscidindən verilən məlumata görə, bu məsciddə qanvermə aksiyası saat 7:30-dan başlayıb. Hazırda saat 9:30-a olan məlumata görə, qanvermə aksiyasında 108 nəfər artıq iştirak edib.

Təzəpir məscidindən onu da bildiriblər ki, qanvermə aksiyası saat 18:00-a qədər davam edəcək. Lakin qanvermə aksiyasında iştirak etmək istəyənlərin sayı çox olacağı təqdirdə, aksiyanın davam etməsi saatları uzadıla da bilər.

Hematologiya və Transfuziologiya İnstitutunun Diaqnostika laboratoriyasının müdiri Elxan Nağıyevin bildirdiyinə görə, qanvemə aksiyasında iştirak edənlərin sağlamlıq durumu mütləq müayinə edilir, qan təzyiqi ölçülür: "Sağlamlığında problemlər olan insanlara bu aksiyaya qoşulmamaq məsləhət edilir. Bu saata qədər 7 belə könüllü geri qaytarılıb".

Təzəpir məscidindən onu da bildiriblər ki, qanvermə aksiyasında iştirak etmək istəyənlərin sayında ötən illə müqayisədə artım müşahidə olunur.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed