Şrift:
Vali müşaviri kürd dili və ədəbiyyatı fakultetinin yaradılma ehtimalından danışıb, türk dili isə...
26.10.2015 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda 30 milyondan çox Azərbaycan türk millətinin ana dilinə tətbiq edilən qadağa öz qüvvəsində saxlanıldığı halda, qonşu kürd millətinin dili və ədəbiyyatı rəsmi şəkildə tədris olunmağa başlayıb.
Sentyabr ayında Kürdistan universitetinin ədəbiyyat və xarici dillər fakultetinin rəisi “kürd dili və ədəbiyyatı” ixtisası üzrə öyrənci qəbul olunduğu barədə açıqlama vermişdir. O bildirib ki, Kürdistan universitetində ilk dəfə olaraq 40-dan çox öyrənci sözügedən ixtisas üzrə təhsil alacaq.

Sənəndəcdə kürd dili və ədəbiyyatının tədrisindən sonra oxşar xəbər Kirmanşah vilayətindən gəlib. Kirmanşah valisinin etnik və məzhəblər işləri üzrə müşaviri kürd dili və ədəbiyyatı fakultetinin yaradılma ehtimalından danışıb.

Rəməzan Dehnəvi bildirib ki, “İranın kürddilli vilayətlərində kürd dili fakultetinin yaradılması ilə bağlı layihə hazırlanıb və Tehrana göndərilib. Bu layihə Mədəni İnqilab Ali Şurasında müzakirəyə çıxarılacaq. Əgər kürd dili fakultetinin yaradılması barədə qərar çıxarılsa, gələn ildən həmin fakultetə öyrənci qəbul oluna bilər.”

Qeyd edək ki, kürd dili və ədəbiyyatının tədris edilməsi o halda bir mədəni hüquq kimi tanınır ki, 30 milyondan çox Azərbaycan türkü eyni hüquqdan məhrumdur. Problem bununla da məhdudlaşmır. Türk dilində təhsil tələbi ilə dinc fəaliyyət göstərən fəallar təhlükəsizlik qüvvələri tərəfindən tutulur və məhkəmə hökmü ilə həbs edilir.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed