Şrift:
MDHP namizədi Nəzmiyyə Piriyeva seçicilərlə görüşdü
27.10.2015 [10:04] - Gündəm, MDH
1 niyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyasının deputatlığa namizədi şairə-publisist Nəzmiyyə Hicran seçicilərlə görş tədbiri keçirdi.

Dövlət Himniylə başlayan tədbiri şairə, jurnalist Əntiqə Səməndər açıq elan etdi. Aparıcı seçicilərə Nəzmiyyi Hicran haqqında qısa məlumat verdikdən sonra, sözü MDHP sədinin müavini Həbib Ələkbərsoya verdi.
H.Ələkbərsoy MDHP və partiyanın sədri, millət vəkili Fərəc Quliyev adından tədbir iştirakçılarını salamladıqdan sonra, bildirdi ki, hər hansı bir partiya tərəfindən namizədliyi irəli sürülən adam öz düşüncələrinin deyil, mənsub olduğu partiyanın prinsip və ideologiyasını hakimiyyətə daşımaq uğrunda mübarizə aparan biridir. O, dünya təcrübəsinə uyğun partiyaların seçki mübarizəsindən danışdı. Qardaş Türkiyədən də misallar gətirən natiq bildirdi ki, MDHP parlamentdə bir deputatla təmsil olunmasına baxmayaraq çoxsaylı ciddi təkliflərlə çıxış etmiş və onların da əksəriyyətinin həllinə nail olmuşdur. H.Ələkbərsoy bildirdi ki, bu artıq MDHP-nin digər namizədlərinin necə fəaliyyət göstərəcəyinin zəmanətidir.
Ardınca namizədə dəstək məqsədiylə gəlmiş fəxri qonaqlardan vəkillər kollegiyasının üzvü Elçin Əliyev, əməkdar jurnalist Şəmsiyyə Kərimova, şairə Maisə Əsədullahqızı, şair-publisist Adil Həmid, şairə Dilbər Sultan, jurnalist Ramilə Eminli, Azərbaycan Yazışılar Birliyinin üzvü İlham Qəhrəman və digərləri çıxış edərək Nəzmiyyə Hicranın ictimai fəaliyyətindən, dünyada ölkəmizi necə təmsil etməyindən və çalışqanlığından danışdılar.
Sonra seçicilərdən bir neçə nəfər çıxış edərək Nəzmiyyə xanımın sakinlər arasında olan hörmətindən və həmin ərazi üçün əlindən gələni etməsindən danışdılar.
Sakinlərdən Məhəbbət Aslanov və Balaxanı bələdiyyəsindən Rəfiqə Orucova daha çox Nəzmiyyə xanımın xeyriyyəçilik fəaliyyətindən danışdılar.
Çıxış edən bütün sakinlər seçgidə seçicilərin ən çox Nəzmiyyə Hicrana səs verəcəyindən əmin olduqlarını bildirdilər.
Namizədi vəkili Mehman Süleyman seçki prosesi ilə bağlı seçicilərə məlumat verdikdən sonra, seçki platformasını açıqlamaq üçün söz Nəzmiyyə xanıma verildi.
Nəzmiyyə Hicran görüşə gələnlərə minnətdarlığını bildirdi və seçiləcəyi təqdirdə planlaşdırdığı seçki platformasının ən mühim məqamlarını qeyd etdi və sonda bildirdi ki, “ Mənim Milli Məclisə seçilib seçilməməyim şərt deyil, mənimçün vacib olan odur ki, Allah sizə vəkillik edə bilməyi həmişə mənə nəsib etsin- bu parlamentdə də ola bilər, başqa fəaliyyətlərdə də.”
Namizədin çıxışından sonra seçici sulları cavablandırıldı və bununla da görüş başa çatdı. Lakin, Nəzmiyyə xanım seçicilərlə məhəlli görüşlərin davam etdiyini və daha bir görüş tədbirin olacağıbı bildirdi.

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 27 saylı Sabunçu 2-ci Seçki Dairəsindən deputatlığa namizəd Piriyeva Nəzmiyyə KANAL 13 də seçkilərlə bağlı verilən suallara tam səmimi cavab verdi:”Hər hansı bir partiyanı təmsil etməyimizə baxmayaraq hər birimiz dövlətimizin ətrafında bir yumruq kimi birləşməli, tapdalanan hüquqlarımızı beynəlxalq ictimaiyyətə çatdırmalı, xalqımızın mənafeyini, həqiqətlərimizi dünya miqyasında müdafiə etməliyik. Deputat xalqının xidmətçisidir. O özünü cəmiyyətin içində məmur kimi aparmamalı, seçicilərinə biganə yanaşmamalı, vəzifəsindən sui istifadə etməməlidir. Mən deputat seçiləcəyim təqdirdə sakinlərimin probləmlərinin həll olunacağı qapıya bir dəfə deyil yüz dəfə gedəcəyəm. Taki o problemlər öz həllini tapana qədər. İnsanların səsini yalançı vədlərlə qazanmaq, insanları aldatmaq olmaz öz şəxsi mənafeyinin müqabilində. Mən özümü millətimin vəkili olaraq görürüəm”.
MDHP namizədi Nəzmiyyə Piriyeva seçicilərlə görüşdü

MDHP namizədi Nəzmiyyə Piriyeva seçicilərlə görüşdü

MDHP namizədi Nəzmiyyə Piriyeva seçicilərlə görüşdü
Bu xəbər oxucular tərəfindən 1597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed