Şrift:
Azərbaycanlı fəal yenidən zindana qayıdıb
27.10.2015 [11:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə həbsdə saxlanılan tanınmış milli fəal Lətif Həsəni 3 günlük məzuniyyətinin (mürəxəsliyinin) başa çatmasından sonra yenidən zindana qayıdıb.
Bir neçə xəstəlikdən əziyyət çəkən fəal bir oktyabrın 21-də 3 günlüyə evə buraxılmışdı. O həmin müddətin başa çatmasından sonra oktyabrın 25-də həbsini çəkdiyi Kərəcin Rəcayişəhr zindanına qayıdıb.
Xatırladaq ki, azərbaycanlı fəal Lətif Həsəni 2013-cü il fevralın 6-da (1391-ci il bəhmənin 18-də) Kərəcdə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O, bir neçə aylıq yerli ETTELAAT idarəsinin təcridxanasında saxlandıqdan sonra daha azərbaycanlı fəallar Mahmud Fəzli, Behbud Quluzadə, Yürüş Mehrəlibəyli və Şəhram Radmehrlə birlikdə Təbriz məhkəməsində sistemin əleyhinə təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyini pozmaqda və qanunsuz təşkilat yaratmaqda günahlandırılaraq 9 illik həbsə məhkum edilib.

Fəalın həbsdə saxlandığı müddətdə müxtəlif psixi (ruhi) təzyiqlərə məruz qoyulduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed