Şrift:
Urmu gölünə Van gölündən su intiqal etmək təklifi araşdırılır
27.10.2015 [12:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu Gölünü Canlandırma Mərkəzinin yetkilisi aşıqlama verib



Urmu gölünün canlandırılması hansı layihələrlə gərçəkləşəcək sualının cavabı hələ də məlum deyil. Ötən aylarda Türkiyənin Van gölündən Urmu gölünə su intiqal etməklə bağlı, İran rəsmilərinə istinadən dəfələrlə zidiyyətli xəbərlər yayıldı. Bu dəfə isə Urmu Gölünü Canlandırma Mərkəzinin Elmi Qrupunun rəisi bu məsələyə aydınlıq gətirib.
Məsud Təcrişi “İrna” xəbər agentliyinə bildirib ki, “Van gölündən su intiqal etmək Urmu Gölünü Canlandırma Mərkəzinin gündəmində deyil, lakin gölün canlandırılmasının vacib olduğunu nəzərə alaraq bu məsələ araşdırılır.”

M.Təcrişi əlavə edib ki, Van gölündən su intiqalı Türkiyə tərəfindən təklif olunub və bu təklif 5 daxili və xarici universitet tərəfindən araşdırılır.

Urmu Gölünü Canlandırma Mərkəzinin yetkilisi “əgər araşdırmaların nəticəsi müsbət olarsa Mərkəz bu planın gərçəkləşdirilməsinə razılıq verəcəkmi?” sualının cavabında bildirib ki, “Təhqiqat qrupu nə zaman elmi və texniki baxımdan qaneedici cavab versə, Mərkəz o zaman bu məsələni müzakirə edəcək. lakin bu mövzu hələlik Urmu Gölünü Canlandırma Mərkəzinin gündəmində deyil.”
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed