Şrift:
MDHP-dən deputatlığa namizəd Sumqayıtda seçicilərlə görüşdü
28.10.2015 [10:07] - Xəbərlər, Siyasi partiyalar
Sumqayıt şəhəri, 5-ci məhəllə 1/28 ünvanında yerləşən mərasim zalında 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyasının millət vəkilliyinə naqmizədliyini irəli sürdüyü fəlsəfə elmləri doktoru, AMEA-nın “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin müdiri Qurbanov Füzuli Məhəmməd oğlunun seçicilərlə görüşü olub.
Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev iştirak edib. Fərəc bəy namizədin şəxsi keyfiyyətlərini və ictimai fəaliyyətini geniş təhlil edib. O, vurğulayıb ki, sədri olduğu partiya heç bir namizədi təsadüfi seçməyib. Burada intellektual səviyyə ilə yanaşı, dövlətçiliyə, müstəqilliyə və Azərbaycana xidmət etməyə olan münasibət əsas götürülüb. Bu baxımdan hesab edirik ki, Füzuli Qurbanov üzərinə düşən məsuliyyəti tam hiss edir, ona səs vermək lazımdır və şübhə etmirik ki, seçiləcəyi təqdirdə ölkə və dövlət üçün çalışacaq. Milli dövlətçilik məfkurəsinə heç zaman dönük çıxmayacaq.
Görüşdə namizədin 3 vəkili də iştirak edib. Proqramın aparıcısı, “7 Gün” qəzetinin sahibi və baş redaktoru, ölkənin tanınmış jurnalistlərindən olan hacı Emin Eminbəyli olub. O, Füzuli Qurbanovun keçdiyi həyat yolu, xarakteri, iş qabiliyyəti və elmi fəaliyyəti haqqında məlumat verib. Digər vəkil Hacıyev Rövşən bir iş yoldaşı kimi F.Qurbanovu xarakterizə edib. Belə insanların parlamentdə təmsil olunmasına böyük ehtiyacın olduğunu vurğulayıb. Üçüncü vəkil, müstəqil hüquqşünas Həşimov Şakir deputatlığa namizədin insan kimi xüsusiyyətlərindən söz açıb. O, Füzuli Qurbanovu aspirantlıq dövründən tanıdığını və təmənnasız adam olduğunu ayrıca vurğulayıb. Ş.Həşimov seçiciləri alim və xeyirxah insana səs verməyə çağırıb.
Sonda görüşdə iştirak edən seçicilər suallar veriblər və öz fikirlərini bildiriblər.
MDHP-dən deputatlığa namizəd Sumqayıtda seçicilərlə görüşdü

MDHP-dən deputatlığa namizəd Sumqayıtda seçicilərlə görüşdü

MDHP-dən deputatlığa namizəd Sumqayıtda seçicilərlə görüşdü

MDHP-dən deputatlığa namizəd Sumqayıtda seçicilərlə görüşdü

MDHP-dən deputatlığa namizəd Sumqayıtda seçicilərlə görüşdü

Bu xəbər oxucular tərəfindən 1534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed