Şrift:
Bazirqan-Gürbulaq sərhəddində minlərlə yük maşını növbə gözləyir
30.10.2015 [12:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyə ilə İran arasında “Gürbulaq-Bazirqan” keçid məntəqəsində növbəti dəfə gərginlik yaranıb.
Məlumata görə, Bazirqan və Türkiyə tərəfində minlər yük maşını qarşı tərəfə keçmək üçün növbə gözləyir. Türkiyə tərəfində iki cərgədə dayanan yük maşınları sərhəddən 20 kilometrə qədər uzanıb və gömrük idarəsinin icazəsini gözləyir. Bazirqan tərəfində də oxşar vəziyyətin yaşandığı bildirilir.

İran mətbuatının yaydığı məlumata görə, bu vəziyyətin hansı səbəbdən yarandığı barədə heç bir məlumat verilmir. Müqaviləyə əsasən tərəflər hər gün 500 yük maşınına giriş vəya çıxış icazəsi verməlidir.

Sürücülərin bu vəziyyətdən olduqca narahat olduğu bildirilir.

Qeyd edək ki, İranla Türkiyə arasında “Gürbulaq-Bazirqan”, “Razi-Kapıköy” və “Əsəndərə-Sero” sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Son aylarda Türkiyənin İranla sərhəd məntəqələrində terror aktlarının artdığı səbəbindən adını çəkdiyimiz keçid məntəqələrinin fəaliyyətində problem yaranmışdır. Keçən günlərdə hər üç keçid məntəqəsinin açıq olduğu və adi vəziyyətdə fəaliyyət göstərdiyi bildirilib.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed