Şrift:
Ermənilər Ağdam və Füzuli istiqamətində atəşkəsi pozublar
02.02.2012 [10:54] - Hərb
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 1-də saat 22.40-dan 22.43-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 2-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 2051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed