Şrift:
Ərdəbilin bütün küçə və məhəllələrində divarlara milli şüarlar yazılıb
05.11.2015 [12:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə Ərdəbil şəhərinin bütün küçə və məhəllərində azərbaycanlıların milli və mədəni hüquqları barədə geniş şüarlar yazılıb.
“GAMAC” təşkilatının yaydığı məlumata görə, Azərbaycanın milli kimliyinin tanınması uğrunda dinc mübarizə aparan ərdəbilli fəallar, məktəblərin, ali təhsil ocaqlarının, məscidlərin və digər hökumət binalarının divarları üzərində azərbaycanlıların milli hüquqlarının tanınması tələbi ilə müxtəlif şüarlar yazıblar.

Ərdəbilli fəalların divarlara yazdığı şüarlarda, hazırda həbsdə saxlanılan tanınmış fəal Abbas Lisaninin azadlığa buraxılması, məktəblərdə təhsilin ana dilində aparılması və Azərbaycanın son vaxtlarda Gilan əyalətinə birləşdirilmiş əzəli guşəsi “Heyran gədiyi”nin yenidən Ərdəbilə qaytarılması barədə tələblər öz əksini tapıb.

Ərdəbilin bütün küçə və məhəllələrində divarlara milli şüarlar yazılıb

Ərdəbilin bütün küçə və məhəllələrində divarlara milli şüarlar yazılıb

Ərdəbilin bütün küçə və məhəllələrində divarlara milli şüarlar yazılıb
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed