Şrift:
Abbas Lisani türklərin təhqir olunmasına etiraz olaraq aclıq aksiyasına başladı
10.11.2015 [14:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani türklərin İran televiziyasında təhqir olunmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Hazırda Ərdəbil həbsxanasında məhkum edildiyi 1 illik həbs cəzasını çəkməkdə olan fəal noyabrın 9-dan (abanın 8-dən) aclıq aksiyasına başlayıb.

O öz ailəsi və dostları ilə telefon danışığında bildirib ki, “biz, müxtəlif dövlət qurumlarnın ardıkəsilməyən təhqirlərini formal üzr istəməklə unudan bir millət deyilik. Bu məsələ hüquq çərçivəsində öz həllini tapmalıdır. Millətləri və mədəniyyətləri təhqir edən şəxslər qanuni və hüquqi şəkildə cəzalandırılmalıdır.”

A.Lisani əlavə edib ki, “millətlərin təhqir olunması cəzası ancaq hüquqda tərif olunmalıdır. Belə olan halda irqçiliyin və millətlərə qarşı təhqirlərin qarşısını almaq mümkün olacaq. Mən azərbaycanlıların mədəni etirazını dəstəkləyir və həbsxanada aclıq aksiyasına başlayaraq onlarla həmrəy olduğunu elan edirəm.”
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed